Bu gün BMT 72 yaşını qeyd edir

2017-10-24 10:42:13 / 1298 dəfə oxunub

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) günü qeyd edilir. Belə ki, Sabahinfo.az-ın məlumatına görə, 1945-ci ilin bu günü təşkilatın nizamnaməsi qüvvəyə minib.

Təşkilat bu sənədin onun iştirakçılarının əksəriyyət tərəfindən ratifikasiyasından sonra rəsmi olaraq fəaliyyətə başlayıb.

Qeyd edək ki, həmin dönəmdə təşkilatın daimi üzvləri SSRİ, Böyük Britaniya, Çin, ABŞ və Fransa da bu sənədin lehinə səs veriblər.

Hər il olduğu kimi bu il də BMT günü münasibətilə təşkilatın baş katibi ölkələrə müraciət edib. Bu ilki müraciətdə baş katib Antonio Quterriş ölkələri bəşəriyyət qarşısında dayanan "ciddi problemlərin" dəf edilməsi üçün iradə göstərməyə çağırıb.(Trend)


Son xəbərlər
Dəyirmi masa keçiriləcək
2019-05-21 13:55:11
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!