İsmayıllı rayonu Quşencə kəndində əhalinin sığortaya cəlb olunması ilə əlaqədar tədbir keçirildi

2017-10-24 18:11:25 / 6459 dəfə oxunub
24 oktyabr 2017-ci il tarixdə Quşencə kəndində fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili üzrə maarifləndirici seminarın keçirildi.

Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar, Quşencə kənd orta məktəbinin yuxarı sinif şagirdlərindən ibarət 85 nəfər iştirak etdi.

Rayon İcra Hakimiyyətinin məsul işçisi Şahin Hüseynov çıxış edərək ölkəmizdə həyata keçirilən sığorta siyasətindən, eləcə də rayonumuzda əhalinin sığortaya cəlb olunması ilə əlaqədar mövcud vəziyyət və qarşıda duran vəzifələrdən danışdı.

Sonra İsmayıllı Sığorta Agentliyinin nümayəndəsi Nahid Şərifov Azərbaycan Respublikasının sığorta qanunvericiliyi ilə əlaqədar mövcud qaydalardan, normativ-hüquqi aktlardan, bu sahədə olan yeniliklərdən ətraflı danışdı və sığortalanmanın mexanizmi, qaydaları haqqında geniş məlumat verdi.
İştirakçılar tərəfindən verilən çoxsaylı suallar cavablandırıldı.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!