Dövlətimiz, dövlətçiliyimiz əbədi olsun!

Qobustan rayon İcra Hakimiyyəti olaraq biz də bu bayrama qoşulur, xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edirik. Dövlətimiz, dövlətçiliyimiz əbədi olsun! Bayramınız mübarək!

2017-10-18 15:14:17 / 4561 dəfə oxunub

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul olunub. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasətvə daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Ulu öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.

İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılan bu tarix artıq 26 ildir bayram kimi qeyd olunur.

Qobustan rayon İcra Hakimiyyəti olaraq biz də bu bayrama qoşulur, xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edirik. Dövlətimiz, dövlətçiliyimiz əbədi olsun! Bayramınız mübarək!


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!