Qəbələdə seminar-müşavirə keçirilib

“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunada seminar-müşavirə keçirilib

2017-10-13 18:23:39 / 5840 dəfə oxunub
Oktyabrın 13-də Qəbələ Mədəniyyət Mərkəzində "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunada seminar-müşavirə keçirilib. 

Dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova rayondakı dini durum barədə ümumi məlumat verib. Ətayə Osmanova Qəbələdə həyata keçirilən dini maarifləndirmə tədbirlərindən, eyni zamanda, dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən danışıb. DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında qeyd edib ki, Azərbaycan xalqı son dövrlərdə ateizm və mövhumat arasında ən doğru orta yolu formalaşdırır. Bu yol dini cəhalətdən dünyəvi maarifçiliyə keçidi və bu kontekstdə İslamın cəmiyyət həyatında yalnız müsbət rol oynamasını təşviq edir. Bu proses müstəqillik illərində dövlətin əsas prioritetlərindən birinə çevrilib. Səyyad Salahlı bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən yürüdülən bu uzaqgörən siyasətin əsas mahiyyəti inanc dəyərlərimizin milli xüsusiyyətlərimizlə uzlaşdırılması və İslamın savaşa, məzhəblərarası konfliktlərə, cəmiyyətdə mənəvi durğunluğa sürüklənməməsidir. Ölkəmizdə elan olunan "İslam Həmrəyliyi İli”nin təsadüfi olmadığına diqqət çəkən sədr müavini son 25 ildə bir çox istiqamətlər üzrə nümunələr, örnəklər yaradan ölkəmizdə İslamın zərərli və dağıdıcı təsirlərdən qoruyan mükəmməl Azərbaycan modelinin formalaşdığını deyib. O bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı dini maarifçilik, dini icmalara dövlət qayğısı, məzhəblərarası ünsiyyət Azərbaycanda dini radikalizmin, ekstremizmin yayılmasına qarşı əhəmiyyətli rol oynayır. Seminar-müşavirədə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov, Qəmərvan kənd məscidi dini icmasının sədri İkram Ziyadov və başqaları mövzu ilə əlaqədar çıxış etmışlər. Seminar - müşavirə dini icma rəhbərlərini maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!