Qəbələ rayonunda keçirilən futbol çempionatı başa çatıb

2017-10-19 17:29:49 / 4513 dəfə oxunub
18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr edilmiş idarə, müəssisə və təşkilatlar, bələdiyyələr arasında keçirilən "Qəbələ Rayon İcra Hakimiyyətinin Kuboku uğrunda” futbol üzrə rayon çempionatı başa çatıb.

Çempionatın keçirilməsində məqsəd futbolun kütləviliyinə nail olmaq, rayon gəncləri arasında bu idman növünün təbliği və yayılması, futbolçuların idman ustalıqlarının artırılması, rayonda perspektivli futbolçuların aşkar edilməsindən ibarət olub. Sentyabrın 20-də startı verilən çempionatda 10 komanda iştirak edib. Yüzlərlə futbol azarkeşinin izlədiyi final oyununda Qəbələ Diaqnostika Mərkəzinin "Diaqnostika” komandası Qəbələ Beynəlxalq Hava Limanının "Aeroport” komandası qarşılaşıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən final oyununda "Diaqnostika” komandası "Aeroport” komandasına qalib gələrək I yeri tutub. Sonda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qalib komandanın üzvlərini təbrik edib, onlara kubok, xatirə hədiyyələri və diplomlar təqdim edib.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!