REJİSSOR İSRAFİL AZƏRİ ÇƏKƏCƏYİ FİLM BARƏSİNDƏ DANIŞDI

2017-10-24 18:37:47 / 2586 dəfə oxunub
 Tanınmış kinorejissor İsrafil Azəri çəkəcəyi film barəsində danışıb. "Təhlükəli oyun" adlı iki saatlıq triller janrında çəkiləcək filmdə Azərbaycanın hüquq-mühafizə orqanlarının nümunəvi işi ekranlaşdırılacaq. Baş rollarda gənc aktyor Əli İmanov və aktrisa Amaliya Nəsibova çəkiləcək. Rejissor qeyd edib ki, filmin çəkilişlərinin Türkiyənin İstanbul şəhərində reallaşacağı planlaşdırır. 

Film həm Azərbaycanda, həm də Türkiyədə çəkiləcək. "Bir ildir ssenarisi üzərində işlədiyimiz filmin çəkilişlərinə Türkiyənin İstanbul şəhərində başlamaq istəyirik. Çəkilişlər üçün Azərbaycandan modellər dəvət etməyi düşünürük. Çəkilişlərimiz hər iki ölkədə- Azərbaycanda və Türkiyədə baş tutacaq. Kastinq də elə hər iki ölkədə təşkil olunacaq . Türkiyədə yaşayan azərbaycanlı modellərimizin də filmdə rol almaq şansı olacaq. Çəkilişlərə öncə öz ölkəmizdə start vermək istəyirdim. Amma təəssüf ki, sponsorumuz olmadı. Indiki zamanda sponsorsuz film çəkməyin necə çətin olduğunu hər kəs bilir. Onun üçün də artıq qardaş ölkədə- Türkiyədə bir sıra müqavilələr bağlamışıq. Çəkilişlərə tezliklə başlamaq niyyətindəyik. Çəkiliş zamanı da fotoşəkillər və müsahibələrimiz olacaq. Gələcəkdə də filmi ingilis dilinə diblyaj etdirib Amerikadakı festivallara göndərməyi düşünürük. Nəzərdə tutduğumuz və öncədən məlumat verdiyimiz aktyorlar filmdə rol alacaq. Bizi izləməkdə davam edin. İnşallah, yaxın zamanda başqa layihələrimizlə də siz izləyiciləri sevindirəcəyik"- bunu rejissor İsrafil Azəri sabahinfo.az-a müsahibəsində söyləyib. 

 Aygün Sadiq
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!