Horadizin şəhər statusunun 10 illiyi qeyd edildi

2017-10-25 11:30:02 / 6954 dəfə oxunub

Horadizə şəhər statusu verilməsinin 10 illiyilə bağlı mərasimdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Prezident Administrasiyasının Ərazi təşkilatçılığı məsələləri şöbəsinin məsul əməktaşı Əflatun Rufuyev, Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova, deputat Elman Nəsirov, Cəbrayıl rayon İcra Hakimiyyətin başçısı Kamal Həsənov, Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri - general-mayor Rasim Əliyev və general-mayor Mais Bərxudarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin əsgər və zabitləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimayət nümayəndələri iştirak ediblər.


Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.


Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə bildirib ki, Prezident İlam Əliyevin 23 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Horadizə şəhər statusu verilib.
Alı Alıyev 1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfində tam işğal olunduğunu, 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə mərhum dövlət başçısı Heydər Əliyevin rəhbərliyi altında rayonun 22 yaşayış məntəqəsi və Horadiz qəsəbəsinin işğaldan azad olunduğunu xatırladıb. Daha sonra Horadiz qəsəbəsi və işğaldan azad olunmuş digər yaşayış məntəqələrinin bərpa olunmasına başlanıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında Horadizdə təhsil, səhiyyə, mədəniyyət və digər infrasturuktr obyektləri, həmçinin işğal dövrü yandırılmış, dağıdılmış evlər və küçələr bərpa olunub. Füzuli sakinləri öz doğma evlərinə qayıdıblar.
Alı Alıyev vurğulayıb ki, Prezident İlham Əliyev son 10 ildə Füzuliyə 6 dəfə səfər edib, rayonun və Horadiz şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı fərman və sərəncamlar imzalayıb. İcra başçısı Azərbaycanın birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın füzulililərə diqqət və qayğısından danışıb. Mehriban xanımın diqqət və qayğısı nəticəsində Füzuli rayonunda 5 böyük lahiyə həyata keçirilib. Bununda 4-ü Horadiz şəhərinin payına düşür. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Horadiz şəhərində 240 yerlik məktəb, 100 yerlik uşaq bağçası, Tarix-Diyarşünaslıq muzeyi və Rəsm Qalareyası tikilib istifadəyə verilib.


Milli Məclis sədrinin müavini Bahar Muradova, Müdafiə Nazirliyinin rəsmiləri də mərasimdə çıxış ediblər.

Horadizin şəhər statusu almasının 10 illik yubileyi münasibətilə keçirilən tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansanblının və Müdafiə Nazirliyinin xüsusi orkestrinin müşayiəti ilə sakinlərə bayram konserti təqdim edilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!