Azərbaycanın 2 boksçusu Avropa çempionatının FİNALINDA

2017-10-28 11:37:35 / 3133 dəfə oxunub

Türkiyənin Antalya şəhərində keçirilən gənc boksçular arasında Avropa birinciliyində finalçıların adı məlum olub. Azərbaycan millisinin iki boksçusu da həlledici döyüşə adını yazdırıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, baş məşqçi Vaqif Şirinovun yetirmələrindən Amin Kuşkov yarımfinal görüşündə İvan Papakinlə (Ukrayna) üz-üzə gəlib. 75 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz rəqibinə heç bir şans verməyib – 5:0. O, finalda rusiyalı Daniel Teterevlə qüvvəsini sınayacaq.

İlk iki görüşünü nokautla bitirən digər idmançımız Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) Yosip Biletiç (Xorvatiya) üzərində də texniki qələbə qazanıb. O, bu dəfə rəqibini üçüncü raundda nokauta salıb. M.Abdullayev qızıl medal uğrunda Yunanıstanı təmsil edən Vaqkan Nanitzanyanla qarşılaşacaq.

Yarımfinalda mübarizə aparan digər iki boksçumuz isə finala yüksələ bilməyib. Həsən İbrahimov (49 kq) Sahil Allahverdiyevə (Gürcüstan), Surət Qarayev (81 kq) Ruslan Kolesnikova (Rusiya) məğlub olduqlarından birinciliyi bürünc medalla başa vurublar.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.




Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!