Yeni Azərbaycan Partiyası cəmiyyətdə aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir

2017-10-13 17:51:35 / 5436 dəfə oxunub
Oktyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının IX konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra konfrans rayon Mədəniyyət evinin akt zalında davam etmişdir.

Yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, ziyalılar və ictimai təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Nizami Əhmədov bildirmişdir ki, bu gün sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən 700 mindən çox üzvü birləşdirən YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir . Diqqətə çatdırmışdır ki, 71 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının hazırda 4495 nəfər üzvü var. Təşkilat üzvlərinin 54,7 faizini qadınlar, 43 faizini gənclər təşkil edir. Partiya üzvləri rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar.
Sonra Nizami Əhmədovun hesabat məruzəsində qurumun əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti geniş təhlil edilmiş, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur.

Konfransda RİH başçısı Musa Şəkiliyev çıxış edərək bildirmişdir ki, zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir. YAP zamanın çətin sınaqlarından şərəflə çıxmış, böyük siyasi qüvvəyə çevrilmişdir. Partiyanın sıralarının gündən-günə artmasının əsas səbəbi ondadır ki, YAP-ın yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyev olmuşdur. Partiyanın nüfuzu ondadır ki, hazırda bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.
Konfransda Milli Məclisin deputatı Kamilə Əliyeva, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, həmçinin rayon təşkilatının fəalları çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulamışlar.
Konfransda təşkilati məsələlərə də baxılmış, Nizami Əhmədov yenidən YAP Qax rayon təşkilatının sədri seçilmişdir.
Sonda Partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!