Balakəndə Beynəlxalq Müəllimlər günü qeyd olunub

2017-10-05 15:57:10 / 5721 dəfə oxunub
5 oktyabr 2017-ci il tarixdə Balakən Rayon Təhsil Şöbəsində Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından bəhs edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar haqqında məlumat verib. İslam Rzayev qeyd edib ki, müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, dünyagörüşlərinin artırılması, əsl vətəndaş kimi böyüyüb formalaşmaları üçün bütün səy və bacarıqlarını sərf edirlər. İnsanı kamilliyə çatdırmaq məqsədini güdən sənətin ən şərəflisi müəllim əməyi və ya müəllimlərdir. Müəllimlərin sayəsində cəmiyyət formalaşır, savadlı, bilikli, dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Bu gün təhsilə, müəllimə diqqət göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan dövlət siyasəti məktəbə və müəllimə qayğının bariz nümunəsidir.

Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.

Sonda rayonun bir qrup qabaqcıl təhsil işçisinə Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!