UNEC-in tələbələrinin Zaqatalanın turizm bölgələrinə səfəri maraqlı anlarla yadda qalıb

2017-09-28 14:04:38 / 4305 dəfə oxunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında Dünya Turizm Günü qeyd olunub.

Turizm və otelçilik ixtisasında təhsil alan birinci kurs tələbələri "Birgünlük turist” şüarı ilə Zaqatalanın turizm bölgələrinə səfər ediblər.

Qədim Alban kilsəsindən başlayan gəzinti, Zaqatala Dövlət Təbiət Qoruğu, Car kəndi ərazisindəki Çingizqala ilə tanışlıqla davam edib. Zaqatalanın turizmin müxtəlif növlərinin inkişafı üçün geniş potensiala malik olduğu qeyd edilib, "birgünlük turist”lərə buradakı tarixi abidələr barədə ətraflı məlumat verilib. Rayonun müxtəlif dövrlərə aid 108 tarixi və memarlıq abidəsi ilə zəngin olduğu diqqətə çatdırılıb. Dövlət Təbiət Qoruğunun Cənubi Qafqazda yerli flora və faunanı qorumaq üçün qurulan ilk qoruqlardan olduğu xüsusi vurğulanıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!