Ahıllara qayğı mənəvi borcumuzdur

2017-09-30 19:08:33 / 4586 dəfə oxunub

Ölkəmizdə ahıllar daim diqqət və qayğı ilə əhatə olunublar. Ahıl vətəndaşlara qayğı göstərmək həm də bizim mənəvi borcumuzdur.

Bu barədə 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Zaqatalada keçirilən tədbirdə danışılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsində keçirilən tədbirdə təşkilatın rəhbəri Nəsrulla Həsrətov ölkəmizdə ahıllara göstərilən yüksək dövlət qayğısından danışıb. Diqqətə çatdırılıb ki, 1992-ci ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilən qətnaməyə əsasən, hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. 1993-cü ildən etibarən bu bayram Azərbaycanda da qeyd edilməyə başlayıb. Bildirilib ki, ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması, hüquqlarının təmin edilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən davamlı tədbirlər həyata keçirilir. Hazırda Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin himayəsində 224 ahıl var. Qurumun əməkdaşları tərəfindən onlara daim qulluq göstərilir, xidmət olunur.

Tədbirdə çıxış edən ahıllar onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Çay süfrəsi ətrafında davam edən tədbirin sonunda şöbənin himayəsində olan ahıllara ərzaq yardımı edilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!