12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən direktor dindirilib

2017-11-01 17:54:57 / 5110 dəfə oxunub

Xaçmaz rayonunda orta məktəbdə 12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən məktəb direktoru prokurorluğa çağırılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasov rayon prokurorluğunda 6-cı sinif şagirdinə qarşı etdiyi seksual hərəkətlərə görə dindirilib.

Modern.azsaytı Xaçmaz rayonundakı məktəblə əlaqə saxlayıb. Məktəbdən bildiriblər ki, hadisə araşdırılır.

"Xaçmaz rayonununArzu qəsəbətamorta məktəbində baş verən hadisə ilə bağlı yerlihüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Virtualaz.org-un məlumatına görə, Arzu kənd məktəbinin direktoru 62 yaşlı Gülfəz Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb. Hadisədən xəbər tutan kənd sakinləri məktəbin qarşısına toplaşıb, direktorun cəzalandırılmasını, kənddən qovulmasını tələb edib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!