Gəncədə baş verən partlayışla bağlı 2 maddə ilə cinayət işi başlandı

2018-11-21 10:00:32 / 1123 dəfə oxunub

Gəncədə yaşayış binasında baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğu və və Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Faktla bağlı zəruri ekspertizalar təyin olunub və istintaq hərəkətləri aparılır.

Xatırladaq ki, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb, nəticədə 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!