Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb

2018-11-21 09:06:11 / 2864 dəfə oxunub

"Kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi hazırlanır.

Modern.az-ınparlamentdən əldə etdiyi məlumata görə, artıq qanun layihəsinin ilkin variantı hazırdır.

Yeni qanun layihəsinin 5 fəsil, 21 maddədən ibarət olması nəzərdə tutulub.

Sənəddə kiçik və orta sahibkarlığın inkişafının əsas istiqamətləri öz əksini tapacaq.

Həmçinin sənəddə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması, dövlət adından onlara göstərilən xidmətlərin vahid elektron informasiya sistemləri vasitəsilə göstərilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı üçün əlverişli şəraitin yaradılması, sahibkarlığa dəstək infrastrukturunun formalaşdırılması, biznes subyektlərinə dövlət xidmətlərinin vahid məkanda təşkil edilməsi nəzərdə tutulub.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!