Azərbaycan taekvandoçuları vətənə medalla dönüblər

2018-11-21 15:30:05 / 471 dəfə oxunub

17-18 noyabr tarixlərində Ukraynanın Kiyev şəhərində keçirilən "Open Kiev” adlı beynəlxalq taekvando müsabiqəsində 7 ölkədən olan 800 idmançı arasından Azərbaycan taekvandoçularının hamısı vətənə medalla dönüblər.

Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ruminya və Latviyanın iştirak etdiyi müsabiqədə Azərbaycanın "Grandmaster” və "Abşeron” taekvando idman klubları iştirak edib.

Azərbaycanı təmsil edən "Grandmaster” taekvando klubunun idmançıları Fatimə İsmayılzadə, Nigar Abdullayeva və Xədicə İsmayılova 1-ci yerin qalibi olublar. Digər yerli iştirakçı klub "Abşeron”un döyüşçüləri Səadət Abasova 1-ci yer, Əliağa Abasov 2-ci yer, Mədinə Səfərova isə 3-cü yeri qazanıblar.

"Grandmaster” taekvando idman klubunun rəhbəri Cavanşir Mirzayev "bu uğurlarımız bayraq gününə təsadüf etdi, vətənimizi təbrik etdik” bildirib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!