İsa Muğannanın 90 illik yubileyi keçirildi

2018-11-21 15:35:31 / 3207 dəfə oxunub

Azərbaycan Dövlət Flarmoniyasında Xalq yazıçısı, "İsteqlal” ordenli İsa Muğannanın 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Modern.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev İsa Muğanna yaradıcılığının Azərbaycan ədəbiyyatına xüsusi yeri olduğunu, onun sözə həssas yanaşmasını qeyd edərək, Xalq yazıçısının əvəzsiz ədəbi xidmətlərindən danışıb. İsa Muğananın əsərlərində ortaya qoyduğu mövzulara toxunan Vaqif Əliyev "Ədəbiyyatımızın Dostayevskisi” adlandırılan yazıçının yaradıcılığında "İdeal” romanının xüsusi mərhələ təşkil etdiyini vurğulayıb. Ölkə başçısının Azərbaycan ədəbiyyatına, xüsusilə İsa Muğanna yaradıcılığına olan diqqət və qayğısından danışan Vaqif Əliyev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən görkəmli yazıçının altı cilddə olan kitabları yenidən işlənib hazırlanıb və çap olunub.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi İsa Muğannanın ədəbiyyatımıza bəxş etdiyi yaradıcılıq nümunələrindən söz açaraq, onun dərin biliklərə malik olması ilə yanaşı, yazıçının xüsusi psixoloji gücə malik olmasından danışıb.


Sonra İsa Muğanna yaradıcılığı, əsərləri haqqında ədibin sağlığında öz fikirlərindən ibarət olan kadrların nümayiş olunması tam yerinə düşüb.


Xalq yazıçısı,Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın İsa Muğanna haqqında verdiyi müsahibədən kadrlar da nümayiş olunub. Ədibi altımışıncılar nəslinin görkəmli nümayəndəsi hesab edən Anar İsa Muğanna yaradıcılığının ədəbiyyatımızdakı böyük rolundan danışaraq, bu barədə xatirələrini bölüşüb.


Yubileyin təşkilində diqqət çəkən məqamlardan biri də rejissor işi olub. Xüsusi kompozisiyaların qurluşundakı bədii güc, yubileydə rejissorun ədibin yaradıcılığına həssas yanaşmasını və bu yaradıcılığı xüsusilə incələməsini göstərirdi.

Xalq artisti, aktyor Sabir Məmmədov İsa Muğanna obrazını ustalıqla canlandıraraq, ədibin öz dilindən öz əsərləri haqqında canlı olaraq danışıb. Gecədə ilk səslənən musiqi isə İsa Muğannanın zövqdə üstünlük verdiyi aşıq musiqisi olub. Aşıq Altay Məmmədovun çıxışı gecəyə xüsusi bir rəng qatıb.

Proqram gənc muğam ifaçılarının ifasıyala davam etdirilib.

Gecədə ədibin əsərlərindən ibarət olan tamaşalardan kiçik parçalar nümayiş olunub.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!