Füzulidə 15 ədəd piyada əleyhinə, 1 ədəd tank əleyhinə mina tapılıb

2018-11-21 16:30:15 / 198 dəfə oxunub

Füzulidə 15 ədəd piyada əleyhinə, 1 ədəd tank əleyhinə mina tapılıb.

Ərazilərini Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Sabahinfo.az-a verilən məlumata görə, 2018-ci il 20 Noyabr tarixində 1994-cü ildə erməni işğalından azad olunmuş Füzuli rayonunun Horadiz kəndi ərazisinin bir hissəsində Agentlik tərəfindən aparılan minatəmizləmə əməliyyatı zamanı sahədə yerləşən 2 su quyusuna baxış keçirilərkən Agentliyin minaaxtaranları tərəfindən 15 (on beş) ədəd OZM-72 piyada əleyhinə mina (PƏM), 1 (bir) ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı və 1 (bir) ədəd PQ-7 raketinin arxa motor hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin Mərkəzi Məhvetmə Ərazisinə (MMƏ) daşınıb.

Mina sahəsinin ümumi ölçüsü 303 211 kv.m. təşkil edir. İndiyədək 266 701 kv.metr ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmiş, 3 ədəd partlamamış hərbi sursat (PHS) (2 ədəd 60 mm-lik minaatan mərmi və 1 ədəd PQ-7 raketinin arxa motor hissəsi) və 21 ədəd mina (1 ədəd TM-57 tank əleyhinə mina (TƏM), 1 ədəd TM-62P tank əleyhinə mina (TƏM), 18 ədəd OZM-72 piyada əleyhinə mina (PƏM) və 1 ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı) aşkar olunub.

Ərazidə minatəmizləmə əməliyyatı davam etdirilir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!