Azərbaycanlı kişilər daha çox bu əcnəbi qadınlarla evlənir

2018-11-21 04:49:50 / 5452 dəfə oxunub

Son 5 il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləndiyi halda, əcnəbilərlə ailə quran azərbaycanlı kişilər əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.

Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindənbildirilib ki, Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında 2014-cü ildə 1635, 2015-ci ildə 1291, 2016-cı ildə 1148, 2017-ci ildə isə 1202 nikah bağlanılıb.

Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında 2014-cü ildə 1499, 2015-ci ildə 1281, 2016-cı ildə 1121, 2017-ci ildə 1158 nikah bağlanılıb.

Ərəb ölkələrinə gəldikdə isə, son illərdə az sayda olsa belə, ərəb ölkələrinin vətəndaşlarına ərə gedən azərbaycanlı qadınlar var.

Azərbaycan vətəndaşı olan qadınlarla ərəb ölkələrinin vətəndaşları olan kişilər arasında 2014-cü ildə 4, 2015-ci ildə 3, 2016-cı ildə 3, 2017-ci ildə isə 8 nikah bağlanılıb.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!