Belarus Azərbaycana yeni silahlar verəcək

2018-11-21 03:51:14 / 8921 dəfə oxunub
Minsk və Bakı hərbi texnikanın növbəti partiyasının Azərbaycana çatdırılması üzrə yeni müqavilə hazırlayırlar.

Sabahinfo.az "Belta”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi görüşün yekununa dair jurnalistlərə verdiyi açıqlamasında deyib.

Liderlərin Minskdə baş tutan ikitərəfli danışıqları nəticəsində silahlar və hava hücumundan müdafiə texnikaları ilə təchizat sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dair Belarusun Hərbi-Sənaye Dövlət Komitəsi ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

"Belarusdan növbəti partiya hərbi texnikanın əldə edilməsi üçün ən qısa vaxtda bu memorandum müqaviləyə çevriləcək” – İlham Əliyev vurğulayıb.

Azərbaycan prezidenti onu da bildirib ki, Azərbaycan bu sahədə Belarusla qarşılıqlı əməkdaşlıqdan məmnundur, çünki onların hərbi məhsulları çox keyfiyyətli və effektivdir: "Ona görə də, təsadüfi deyil ki, bizim ölkələrimiz arasındakı hərbi-texniki əməkdaşlıq artıq çox yaxşı tarixə, kifayət qədər böyük həcmə və genişlənməyə doğru yaxşı tendensiyaya malikdir.”(azvision.az)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!