Nazir: “Azərbaycanda müəllimlik peşəsinin nüfuzu artır”

2018-11-22 12:25:10 / 1327 dəfə oxunub
"Müəllimlik ixtisasları üzrə son 5 ildə ali təhsil müəssisələrinə qəbul olunanların topladıqları ballar ölkəmizdə müəllimlik peşəsinin artan nüfuzundan xəbər verir".

Sabahinfo.az Report-a istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, 2016-cı ildə qəbul imtahanlarında ibtidai sinif müəllimliyi ixtisasına daxil olanlardan cəmi bir nəfəri 500-dən çox bal taplayıb: "2018-ci ildə bu göstərici 235 nəfər təşkil edib. 2017-ci ilə nisbətən bu il 500 və daha artıq bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı Kimya üzrə 2.7 dəfə, Riyaziyyat və İnformatika müəllimliyi üzrə 1.7 dəfə, Biologiya müəllimliyi üzrə 12.7 dəfə, Kimya və Bilogiya müəllimliyi üzrə 6.2 dəfə , İbtidai sinif müəllimliyi üzrə 4.4 dəfə artıb".

Nazirin sözlərinə görə, bütün bunlar həm yüksək ixtisaslı müəllim kadrlarının hazırlanması, həm də pedaqoji sahə üzrə elmi fəaliyyətin inkişafı barədə pozitiv proqnozlar verməyə əsas verir.

Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!