Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır

2018-11-22 18:21:18 / 10226 dəfə oxunub

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin abunəçiləri arasında böyük rəğbət qazanmış "SMSRadar” xidmətinə artıq 65 min nəfərdən çox insan qoşulub.

Sabahinfo.az  xəbər verir ki, abunəçilərin rahatlığının və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə istifadəyə verilmiş "SMSRadar” xidməti avtomobil idarə edənlər üçün çox faydalıdır. Aylıq abunə haqqı cəmi 1 AZN olan bu xidmət sayəsində abunəçilər yol hərəkəti qaydalarını pozduqda qayda pozuntusunun vaxtı və cəriməsi haqqında ətraflı məlumatı SMS vasitəsilə almaq imkanına malikdirlər.

Böyük populyarlıq qazanmış bu innovativ və əlverişli xidmətdən faydalanmaq üçün istənilən tarifdən istifadə edən Bakcell abunəçisi idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsini (misal: 00-XX-000) SMS vasitəsilə 5666 qısa nömrəsinə yollamalıdır. Sürət həddini aşmış nəqliyyat vasitəsi barədə məlumat abunəçilərə dərhal, yol hərəkəti qaydalarının digər pozuntuları barədə məlumat isə müvafiq sistemdə qeyd olunandan sonra göndərilir.

Xidmət barədə ətraflı məlumathttps://www.bakcell.com/az/sms-radarvə yaxudwww.smsradar.azinternet səhifələrindən əldə oluna bilər.

Qeyd edək ki, SMSRadar mobil əlavəsi yükləmə sayı üzrə Azərbaycanda 8-ci yeri tutur. Həmin mobil əlavəni Appstore və ya PlayMarket vasitəsilə yüklənən abunəçilər cəriməyə aid foto və videoları da izləmək imkanına malikdir. Mobil əlavəni birbaşa yükləmək üçün aşağıdakı linkdən istifadə edin:

http://SMSRadar.az/app

İnnovasiya sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti müasir mobil rabitə xidmətlərinin istifadəçiləri üçün innovativ, olduqca əlverişli və maraqlı xidmətlər göstərməyə davam edəcək.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!