Zabit Səmədov rəqibindən DANIŞDI: “Əlləri güclüdür”

2018-11-24 15:07:33 / 170 dəfə oxunub

Xəbər verdiyimiz kimi, dekabrın 2-də Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçuZabit Səmədov"Axmat” Döyüş Şousunda rusiyalı idmançıYevgeni Orlovla döyüşəcək.

Modern.az-ın məlumatına görə, oxu.azbu barədə tanınmış idmançımızın fikirlərini öyrənib. Səmədov rəqibinin üstün cəhətini açıqlayıb:

"Rəqibim əvvəl Kikboksinqin K-1 versiyası üzrə döyüşüb. İndi boksla məşğuldur. Amma bu döyüş K-1 versiyası üzrə keçiriləcək. Boksçu olduğundan, əlləri daha güclüdür. Mən isə ona ayaqlarımla zərbələr vurmağa, onu yorub məğlub etməyə çalışacağam”.

"Mauqli” ləqəbli idmançımız onu da bildirib ki, döyüşlərin keçiriləcəyi "Minsk-Arena”da özünü qonaq kimi hiss etməyəcək:

"Gürcüstandan köçdükdən sonra 23 il Minskdə yaşamışam. Ona görə də qonaq kimi yox, ev sahibi kimi meydana çıxacağam. Yeri gəlmişkən, döyüşü izləməyə çıxış etdiyim "Axmat” klubunun və Çeçenistanın prezidenti Ramzan Kadırovun da gəlməyi gözlənilir”.

Qeyd edək ki, kikboks üzrə ikiqat Rusiya çempionu olmuş 40 yaşlı Yevgeni Orlov 2,06 sm boya və 140 kq çəkiyə malikdir. Müqayisə üçün bildirək ki, 34 yaşlı Zabit Səmədovun 1,83 metr boyu və 98 kq çəkisi var.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!