İsmayıllıda qonur ayını ovlayan 6 nəfər həbs olundu

2018-11-26 14:08:56 / 1088 dəfə oxunub

Noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı "Qırmızı kitab”a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə "Şahdağ Milli Parkı”ndan İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Tircan kənd sakinləri Rasid Talıbov, Rahim Kazımov, Ağsu rayon sakinləri Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və qardaşı Səfər olduqları müəyyən edilib.

R.Talıbovdan, R.Kazımovdan, A.Hacıyevdən, N.Səfərovdan və qardaşı Səfərdən 4 ədəd "İJ” və 1 ədəd "Lavrona” markalı ov tüfəngləri götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 258-ci (Qanunsuz ov etmə) maddəsi ilə cinayət işi başlanılıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!