Kamal Abdullanın imza günü keçirilib

2018-11-26 14:24:13 / 168 dəfə oxunub

Noyabrın 24-də saat 14:00-da Park Bulvarda yazıçı Kamal Abdullanın "Unutmağa kimsə yox..” kitabının imza günü keçirilib.

Modern.azxəbər verir ki, imza günü mərasimi "Qanun” nəşriyyatı tərəfindən təşkil olunub.

Nəşriyyat ötən ay Kamal Abdullanın "Unutmağa kimsə yox…” romanının II nəşrini oxucuların ixtiyarın verib.

"Unutmağa kimsə yox…” son illərin ən çox müzakirə olunan əsərlərinin ("Yarımçıq əlyazma”, "Sehrbazlar dərəsi”) müəllifi olan Kamal Abdullanın hələlik son romanıdır. Nəşriyyat kitabı dil, ideya, üslub baxımından analoqu olmayan fakt kimi dəyərləndirərək təkrar çap edib.

Kolumb Hindistanı axtarıb Amerikanı kəşf edən kimi gənc alim naməlum bir çiçəkli yazıda hamının gözlədiyi müharibələrin, padşahların, sərkərdələrin taleyini yox, bir sevgi məktubunu deşifrə edir.

Paralel dünyalar, möhtəşəm ahəng, hadisələrin üfüqi, Çiçəkli yazı… bütün bunlar ilk baxışda sadə bir hadisənin fonunda əsər boyu canlı kimi nəfəs alır.

Bu roman çap olunduqdan sonra Azərbaycan ədəbi mühitində geniş müzakirələrə səbəb olub. Roman haqqında müxtəlif qəzet və internet saytlarda müzakirələr aparılıb.

"Unutmağa kimsə yox…” müəllifin digər romanları kimi müxtəlif dillərə tərcümə olunur.

"Önsöz”ün müəllifi İstanbul Yedditəpə Universitetinin dosenti Arif Acaloğludur. "Ön söz”də roman müxtəlif aspektlərdən təhlil olunur, oxucuya əsəri daha dərindən anlaması üçün ipucları verilir. Arif Acaloğlu romanı dil sərhədlərini aşan və yalnız alternativ təhlillərlə qavranıla bilən kitab kimi dəyərləndirir.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!