NAZİR: "100 minlərlə insanın pensiya problemi həll ediləcək "

2018-11-27 15:09:07 / 156 dəfə oxunub

"Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər paketi özündə bir neçə vacib məsələni əhatə edir”.

Modern.az-ın məlumatına görə, bunu Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verən vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, əmək haqqının üzərinə düşən fiskal yükün azaldılması ilə bağlı təqdim edilən dəyişikliklər başlıca yer tutur.

"Məlum olduğu kimi qeyri-rəsmi əmək haqqı və qeyri-iş yerləri nəticəsində kölgə iqtisadiyyatında çalışan işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və əmək haqqı rəsmi müqavilədə göstərilmədikdə sosial sığorta haqları toplanılmır. Və ödənişlər fərdi pensiya hesabında əks olunmur.

Bu da öz növbəsində işçiləri layiqli pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan təklif olunan islahatlarda 100 minlərlə insanın pensiya və sosial müdafiə hüquqlarının bərpa edilməsi nəzərdə tutulur.

Bəzi statistik rəqəmlərə nəzər saldıqda görərik ki, əhalinin pul gəlirlərinin cəminin 25 faizini əmək ödənişləri təşkil etdiyi halda, qonşu ölkələrdə bu, 40-65 faizə qədərdir. Ona görə də biz xüsusi olaraq vurğulayırıq ki, əmək haqları var, sadəcə olaraq kölgədədir. Biz bu tədbirlərlə onların kölgədən çıxarılmasını təmin etmək istəyirik”.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!