Əcnəbilər üçün yenilik - Daimi yaşamağa icazə verilməsə də...

2018-11-27 15:16:29 / 147 dəfə oxunub
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə alması ilə bağlı nəzərdə tutulan yeni qayda qüvvəyə minib.

Dövlət Miqrasiya Xidmətinin Kollegiyası bununla bağlı Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edib.

Beləliklə, bundan sonra daimi yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtinaya səbəb olan hal aradan qalxmazsa və bu hal müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina üçün əsas deyilsə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər bir ay müddətində ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) ilə bağlı elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər.

Qeyd edək ki, 29 iyun 2018-ci il tarixli qanunla Miqrasiya Məcəlləsinə müvafiq dəyişiklik edilib.

Xatırladaq ki, "Dövlət rüsumu haqqında” qanuna əsasən

- Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 3 ayadək 30 manat, 6 ayadək 60 manat, 1 ilədək 120 manat, 1 il 6 ayadək 180 manat, 2 ilədək 240 manat, 2 il 6 ayadək 300 manat, 3 ilədək 360 manat məbləğində;

- Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 3 ayadək 15 manat, 6 ayadək 30 manat,1 ilədək 60 manat, 1 il 6 ayadək 90 manat, 2 ilədək 120 manat, 2 il 6 ayadək 150 manat, 3 ilədək 180 manat məbləğində;

- Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə 1 illik 40 manat, 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 80 manat məbləğində dövlət rüsumu müəyyən edilib.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!