Çatdığı yer qaçdığı yerimiş!

2018-11-28 09:25:11 / 1150 dəfə oxunub
Ağacların arasıyla yeridikcə önünə sapsarı bir yol uzanırdı. Payızın yaraşığı - saralmış, biçimli yarpaqlar ona xəstə bənizli insanı xatırladır! Ayaqlayıb keçməyə qıymır, əyilib onları götürür, birər-birər əlindəki kitabın vərəqləri arasına yerləşdirir. Lakin hamısını yığa bilmir! Durur, düşünür... Onlar üçün ən gözəl yerin ALLAHIN seçdiyi yer olduğunu, çoxdan görsə də, bilsə də, sanki bunu indi dərk edir, əslində özlüyündə indi qəbul edir! Yarpaqları təkrar birər-birər torpağın - yolunun üstünə düzür! Və sonra əzilə-əzilə, əzə-əzə onların üzərindən keçir!.. Sonra... Sonra da bu sarı qaranlıqdan qaçıb qurtarmağa çalışır! Ancaq nə yarpaqlar bitir, nə də sarı yol! Küləyin yalnız onun qulaqlarında uğuldayan vıyıltısı, nəm torpağın yalnız onun burnuna dolan xəzəl qarışıq qoxusu onu uzaq, çox uzaq bir həsrətə doğru qovur... Və qovuşdurur!.. Beynindən keçən "Anamın süd qoxusu!" nidası Günəşin aləmə yayılan qırmızı telləri kimi dodaqları arasından süzülüb hər tərəfi sarıb-sarmalayır! Nə qaçmağa yer, nə getməyə yol qalır! Demə, çatdığı yer qaçdığı yerimiş!.. ANAaa!!!... Rahat-rahat saralmış yarpaqlara doğru əyilir, əriyir, onlara qarışır!..

Qəndab
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!