Bahar Muradovadan təhsilin inkişafı üçün TƏKLİFLƏR

2018-11-28 12:05:01 / 1287 dəfə oxunub

"Təhsildə inkişaf üçün təhsil verənlərin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var. Bu məsələ Təhsil Strategiyasında da əks olunub”.

Modern.azxəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

Vitse-spiker bildirib ki, təhsildə inkişaf üçün təhsilverənlərlə yanaşı ailənin, cəmiyyətin bu işə cəlb edilməsi mütləqdir:

"Övlad yetişdirən valideynlərin müasirləşməsi, hətta övladları ilə birlikdə təhsil almasına diqqət etməliyik”.

Milli Məclisdə təhsil, elm sahəsinin inkişafı və bu inkişafa təminat verən qanunların qəbuluna toxunan B.Muradova millət vəkillərinin bu məsələyə son dərəcə həssas yanaşdığını deyib:

"Xüsusən, son çağırış parlamentdə peşə məktəbləri, orta ümumtəhsil məktəbləri, ali təhsil ilə bağlı qanunvericilik aktlarına bir sıra dəyişikliklər edilib. Bu, həm də millət vəkillərinin təhsil sahəsinə verdikləri önəmlə bağlıdır.

Ötən gün parlamentdə 2019-cu ilin büdcə layihəsi müzakirə edildi. Millət vəkillərinin çıxışları bu sahəyə ayrılan maliyyə vəsaitinin artırılmasına səbəb olub. Xüsusən dövlət sifarişi ilə ali təhsil alanların xərcləri artırılıb. Çünki ola bilməz ki, özəl sahədə təhsil alanların sayı dövlət ali məktəblərində təhsil alanlardan çox olsun”.

B.Muradova təhsil müəssisələrinə ailələr tərəfindən maddi yardımların qanuniləşdirilməsini təklif edib:

"Hər hansı imkanlı ailənin övladının təhsil xərclərinə maliyyə vəsaiti ayırmasında qəbahət yoxdur. Bunun qanunverici əsasını yaratmaq olar. İmkanlı ailələrin təhsil sahəsinə dəstəyinin olması təbii haldır. Hər bir imkanlı valideyn övladının təhsilinə vəsait ayırmaq istəyər”.



Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!