Daha 240 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

2018-11-28 15:24:16 / 2072 dəfə oxunub

Daha 161 şəhid hərbi qulluqçu üzrə 240 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimiayyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirilib. F.Talıbovun sözlərinə görə, bu günədək artıq 608 şəhid hərbi qulluqçu üzrə 825 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclası keçirilib. İclasda dövlət başçısının şəhid ailələrinə növbəti xüsusi qayğısının göstəricisi olan 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanın icrası istiqamətində işlərin davam etdirildiyi bildirilib”.

Şöbə müdiri qeyd edib ki, şəhid hərbi qulluqçuların vərəsələrindən notarial qaydada qəbul edilən sənədlər elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülür:

"Nazirlikdəki işçi qrupu tərəfindən bu sənədlər diqqətlə təhlil edildikdən sonra müvafiq qərar verilməsi üçün Komissiyaya təqdim olunur. İclasda işçi qrupunun təqdim olunmuş sənədlərlə bağlı məlumatı dinlənilib. Komissiya daha 161 şəhid hərbi qulluqçu üzrə 240 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib. Beləliklə, bu günədək artıq 608 şəhid hərbi qulluqçu üzrə 825 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 473 şəhid hərbi qulluqçu üzrə 474 vərəsə də ödənişlə təmin olunub”.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!