OBA market yerli sahibkarlarla görüş keçirib

2018-12-03 16:44:09 / 83 dəfə oxunub
Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğul olan 40-a qədər istehsalçı və fermer bir araya toplanıb. OBA marketlər şəbəkəsinin təşkilatçılığı ilə həyata keçirilən görüşün məqsədi şəbəkənin yerli sahibkarlığa verdiyi dəstəyi daha da artırmaq, istehsalçıları satışa yox sırf keyfiyyətli məhsul istehsalına yönləndirmək, yeni fəaliyyətə başlayan sahibkarların məhsullarının topdan alınması istiqamətində müzakirələr aparmaq olub.

Görüşdə yerli sahibkarların istehsal potensialı, istehsal olunan məhsulun istehsal müəssisələrindən alınaraq birbaşa marketlərə çatdırılması, keyfiyyətə daimi nəzarət, keyfiyyətli xammal tədarükündə məsləhətlər, istehlakçıların tələb və davranışları və digər məsələlər müzakirə olunub. Eyni zamanda xammal tədarükündə birgə əməkdaşlıq barədə ilkin razılıq əldə olunub.

Qeyd edə ki, OBA Azərbaycanın əksər bölgələrini tam əhatə etmiş yeganə şəbəkə marketdir. Bu da sahibkarlar tərəfindən istehsal olunan məhsulların qısa zamanda ölkəmizin bütün bölgələrinə çatdırılmasını təmin edir. İstehsalçılar əlavə xərclərdən azad olduğu üçün risksiz böyümə imkanı qazanırlar.

Görüş zamanı sahibkarlar OBA marketdən gözləntilərini, yeni istehsal sahələrinin yaradılması istiqamətində gələcəkdə atılacaq addımlar və bu addımların dəstəklənməsi, ölkə iqtisadiyyatına veriləcək töhfələr və s. barədə fikirlərini bildiriblər.

Məlumat üçün bildirək ki, OBA marketlər şəbəkəsi hal-hazırda 200-dən çox yerli istehsal müəssisəsi və fermerlə əməkdaşlıq edir. Tədbirin sonunda iştirakçılara OBA marketlərlə davamlı əməkdaşlığa və verilən töhfələrə görə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!