Nazirlik Sumqayıtda monitorinq keçirdi - 19 şadlıq sarayına “məcburi göstəriş”

2018-12-05 12:12:05 / 101 dəfə oxunub

Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq və araşdırmalar aparılır.

Modern.azxəbər verir ki, keçirilən monitorinqlər zamanı şadlıq saraylarından 22-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.

Analizlərin nəticələrinə əsasən 19 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.

Aparılan araşdırma və monitorinq zamanı yalnız "Okean”, "Park Palace”, "Kiparis” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub.

Hazırda digər ictimai-iaşə obyektlərində monitorinq və araşdırmalar davam etdirilir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!