MTRŞ telekanalları yoxladı - Nəticə bərbaddır

2018-12-05 11:44:52 / 94 dəfə oxunub

Teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair konfrans keçirilib.

Sabahinfo.az "Report"a istinadən xəbər verir ki, milli telekanallarda (Bakıdan yayımlanan 6 adda TV - İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV və 12 adda yayımlanan (İctimai radio, Azad Azərbaycan, Antenn, 105.5 FM, Jazz FM, Space, Xəzər, Media FM, ARAZ FM, Avto FM, ASAN) radio verilişləri dili monitorinqə cəlb olunub. Yayımlanan verilişlər mövzu istiqamətinə görə təhlil edilib.

Nəticələrə əsasən, ədəbi dil normaları dilin bütün səviyyələri üzrə - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur. Monitorinqin nəticəsində qeydə alınan 4 633 faktdan 2 765-i fonetik, 511-i leksik, 684-ü üslubi səviyyədə norma pozulmasının göstəricisidir.

Televiziya verilişlərinin monitorinqi zamanı 3120 (o cümlədən 564 xəbər, 2 554 qeyri-xəbər olmaqla) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 1695-i fonetik, 370-i leksik, 492-si qrammatik, 563-ü üslubi səviyyəyə aiddir.

Radioların dilinin monitorinqi zamanı 1017 (o cümlədən 219 xəbər, 796 qeyri-xəbər olmaqla) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 692 fonetik, 102 leksik, 144 qrammatik, 79 üslubi səviyyəyə aiddir.

TV reklamlarının monitorinqi zamanı 108 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 68 fonetik, 21 leksik, 15 qrammatik, 4 üslubi səviyyəyə aiddir.

Dublyaj filmlərinin və verilişlərinin monitorinqi zamanı 388 (o cümlədən 195 bədii, 106 cizgi, 81 sənədli, 6 veriliş ) norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 310 fonetik, 18 leksik, 33 qrammatik, 27 üslubi səviyyəyə aiddir.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!