"Bakcell"in baş icraçı direktoru ilk dəfə 600 Mbps mobil sürətini nazirə təqdim etdi

2018-12-05 13:28:02 / 108 dəfə oxunub
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers "Bakutel-2018” sərgisində 600 Mbps-ə qədər olan internet sürətini Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə təqdim edib.

Sabahinfo.az xəbər verir ki, Bakcell stendində nümayiş etdirilən 4.5G texnologiyası böyük trafik həcmlərini emal etməyə imkan verməklə, həcmi gündən-günə artan məzmunun ani şəkildə yüklənməsi və istifadəsini təmin edir. "Bakcell”in təqdim etdiyi bu "5G-yə hazırlıq” texnologiyası sayəsinə LTE texnologiyasından qat-qat yüksək olan sürətdən yararlanmaq mümkündür.

Qeyd edək ki 2018-ci ildə Bakcell şirkəti "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!