Azərbaycan diaspor təşkilatı Türkiyədə qeydiyyatdan keçib

2018-12-05 18:57:33 / 443 dəfə oxunub
Birləşmiş Dünya Azərbaycanlıları təşkilatı Türkiyə dövlətində rəsmi şəkildə beynəlxalq təşkilat olaraq qeydiyyatdan keçib. Bu haqda təşkilatın mətbuat xidmətindən məlumat verilib: "Dünən təşkilatın növbəti iclası yüksək səviyyədə baş tutub. İclasda təşkilatın rəhbərliyi, ölkə koordinatorları iştirak edibilər. Keçirilən iclasda gündəlikdə duran məsələlər müzakirə olunub. Təşkilatın qeydiyyatı məsələsi isə günün əsas mövzusu olaraq nəzərdə saxlanılıb. Belə ki, yenidən səsvermə ilə Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının strukturu yerində saxlanılıb. Görülən işlər haqqında hesabat verilib. Yaxın zamanda təşkilatın yeni keçirəcəyi tədbir, o cümlədən, cari ildə qarşıda duran plan-təbdirlər üzərində geniş müzakirələr aparılıb. Təşkilatın əsas iş prinsipi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, təşkilatın konsepsiyasına uyğun şəkildə onun icrası yolunda bütün məsul şəxslərə, koordinator rəhbərlərinə daha məsuliyyətli, daha fəal icrası, iş bölgüsü tapşırığı verilib.
Sonda təşkilatın rəhbəri Sərraf Kərimov bütün təşkilat üzvlərini təbrik edərək hər birinə şərəfli və məsuliyyətli yolda uğurlar arzulayıb”.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!