Fazil Məmmədovdan xəbər var: vəziyyəti stabildir, gəzir, istirahət edir...

2018-12-06 14:44:58 / 114 dəfə oxunub

Sabiq vergilər naziri Fazil Məmmədov səhhəti normallaşıb. Bu barədəModern.az-a Gəncədəki mənbə məlumat verib.

F.Məmmədovun Gəncə Beynəlxalq Hospitalında reabilitasiya keçdiyi, səhhətinin gündən-günə daha da yaxşılaşdığı bildirilib:


"Vəziyyəti stabildir, gəzir, istirahət edir. Fazil Məmmədov artıq çətin günləri arxada qoyub”.

Qeyd edək ki, uzun müddətdir Türkiyədəki "Amerikan Hastahanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədov noyabrın 16-sı Azərbaycana qayıdıb. Elə həmin gün Gəncə Beynəlxalq Hospitalına yatırılıb.

Sabiq nazirin qış aylarında Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altındaolacağı bildirilir.

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınmışdı. F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O "American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.


Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Sabiq nazir Türkiyədə olarkən, səhhətinin nisbətən stabilləşdiyi dövrlərdə məşhur "Çırağan Palace”da da dincəlib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!