Bakı-Tbilisi-Qars dəmir yolu gələn il açılacaq

2018-12-29 12:16:25 / 1945 dəfə oxunub

Bakı-Tbilisi-Qars istiqamətində sərnişin qatarı gələn il istifadəyə veriləcək. Biz vaqonları sifariş etmişik, İsveçrənin "Stadler" firması tərəfindın vaqonların hazırlanması gecikir".

Modern.azxəbər verir ki, bunu "Azərbaycan Dəmiryolları"QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, fevralın sonu, martda qatarlar təhvil veriləcək. "Qatarlar təhvil verilən kimi qatar işə salınacaq. İlk sərnişinləri də siz (red-jurnalistlər) və ictimiayyət nümayəndələri olacaq".

C.Qurbanov eyni zamanda bildirib ki, gələn il Bakı II dəmir dairəvi yolunda 14 stansiyanın müəyyən hissəsi hazır olacaq: "Gələn ilin ortalarına yaxın ikinci tərəfdən Koroğlu stansiyasından keçməklə Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məhəmmədli, Fatmayi, Novxanı, Sumqayıt açılışını edəcəyik".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!