Azərbaycan Türkiyə ilə birgə vaqon istehsal edə bilər

2018-12-29 13:10:04 / 315 dəfə oxunub

"Azərbaycan Türkiyə ilə birgə vaqon istehsal etməyi nəzərdən keçirir".

Modern.azxəbər verir ki, bunu Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalaitlərə açıqlamasında bildirib.

O bu barədə ölkə başçısına məlumat verildiyini deyib:

"Türkiyə ilə birgə vaqon istehsalı ilə bağlı məsələni ali rəhbərliyə məruzə etmişik. Prezident İlham Əliyev məsələyə müsbət rəy versə, Sumqayıtda Texno Parkın yerində türklərlə birgə yeni vaqonların istehsalına başlayacağıq. Rus Avropa istehsalı üzrə vaqonlar var. Bizdə qatar yolunun eni 1520 mm-dir. Bu, Rusiya istehsalıdır. Avropa standartları isə 1435 mm-dir. Bizim qatarların qabaritləri böyük olduğundan tunellərdə ilişir, keçə bilmir. Ona görə türklərlə danışıqlar aparırıq ki, qatarlar hibrid vaqonlar olsun və biz bunu həm Türkiyədə, həm Avropada, Azərbaycanda istifadə edə bilək. Gələcəkdə imkan olsa Batumiyə qədər yolu uzatmaq niyyətindəyik.

Rusiya ilə danışıqlar nəticə vərsə, ilkin olaraq Dağıstana-bu Dərbənd və ya Mahaçqala ola bilər, hətta Minvoda qədər dəmiryolunu uzada bilərik".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!