Sabirabadda ƏMƏLİYYAT - Qanunsuz silah-sursat aşkarlandı

2019-01-08 10:28:48 / 218 dəfə oxunub

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ Qaragüney PB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, Sabirabad rayonu Əliləmbəyli kənd sakini Amil Mirzəyev qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd "İJ” markalı ov silahı və ona məxsus 4 ədəd patron aşkar edilərək götürülüb.

Qaragüney PB-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Sabirabad rayonu Balahəşimxanlı kənd sakini Rəşad Əliyevdən 1 ədəd "İJ” markalı ov silahı aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Qaragüney PB-də araşdırma aparılır.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!