Qarabağ İcmasının yeni İdarə Heyəti məlum oldu: Üzvlər dəyişdi - SİYAHI

2019-01-08 11:25:59 / 190 dəfə oxunub

Bir müddət öncə "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinə yeni sədr və müavinlər seçildi.Modern.az-ın da xəbər verdiyi kimi, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayında Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev qurumun yeni sədri, Asif Cahangirovla, Elçin Əhmədovu isə sədr müavinləri oldular. Qurultaydan bbir aya yaxın vaxt ötməsinə baxmayaraq, İcmanın İdarə Heyətinin yeni üzvlərinin sihyahısı açıqlanmamışdı. Nəhayəıt buna da aydınlıq gətirildi.

Modern.azsaytı "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin yeni üzvlərinin siyahısını əldə edib.

İcmanın hazırkı İdarə Heyətində 23 üzv təmsil olunur. Vəfat etmiş keçmiş üzvlər Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevin yerinə yeni simalar seçilib.

Onlardan başqa Vaqif Fərzəliyev, Həvva Məmmədova, Abbas Məlik-Yeqanov, Ramiq Məhərrəmov, Cavid Əliyev, Məhəmmədli Bayramov, Mehdi Abdullayev, Mehdi Mehdiyev, Şaban Qurbanov da İdarə Heyətinə üzvlükdən azad ediliblər.

Modern.az"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətindəki yeni üzvlərin siyahısını təqdim edir:

S/s

Soyadı, adı, atasının adı

Təvəllüdü, doğulduğu yer

Yaşayış yeri

İş yeri və vəzifəsi

Qeyd

1.

Gəncəliyev Tural Babaşah oğlu

1980, Şuşa şəhəri

Bakı şəhəri

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq Hüquq və müqavilələr idarəsində birinci katib

İdarə Heyətinin sədri

2.

Cahangirov Asif Əbülfət oğlu

1958, Ağcabədi rayonu

Bakı şəhəri

2018-ci ilədək Vergilər Nazirliyinin aparatının rəhbəri, Departament rəhbərinin müavini

İdarə Heyəti sədrinin müavini - İctimai Birliyin fəaliyyətinin əlaqələndiricisi

3.

Əhmədov Elçin İldırım oğlu

1967, Şuşa şəhəri

Bakı şəhəri

AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru


İdarə Heyəti sədrinin müavini

4.

Səfərov Bayram Əsəd oğlu

1951, Şuşa şəhəri

Bakı şəhəri

Şuşa Rayon Icra Hakimiyyətinin başçısı

5.

Bədəlbəyli Fərhad Şəmsi oğlu

1947, Bakı şəhəri

Bakı şəhəri

Bakı Musiqi Akademiyasının rektoru, professor

6.

Rzayev Rövşən Şükür oğlu

1962, Bakı şəhəri

Bakı şəhəri

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

7.

Abdullayev Kamal Mehdi oğlu

1950, Bakı şəhəri

Bakı şəhəri

Azərbaycan Dövlət Dillər Universitetinin rektoru, akademik

8.

Polad Bülbül oğlu

1945, Bakı şəhəri

Moskva şəhəri

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri

9.

Adıgözəlzadə Murad Zöhrab oğlu

1973, Bakı şəhəri

Bakı şəhəri

Azərbaycan Dövlət Filarmoniyasının direktoru

10.

Usubov Şahmar Şahhüseyn oğlu

1953, Xocalı kəndi

Goranboy rayonu

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı

11.

Məmmədov Elman Camal oğlu

1950, Xocalı kəndi

Bakı şəhəri

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

12.

Bağırov Elməddin Mirzə oğlu

1981, Xocalı kəndi

Goranboy şəhəri

Xocalı rayon Gənclər və İdman idarəsinin rəisi

13.

Hüseynova Samirə Bakir qızı

1979, Xocalı kəndi

Bakı şəhəri

Xocalı şəhər 2 saylı tam orta məktəbinin müəllimi

14.

Ağayeva Dürdanə Allahverdi qızı

1972, Xocalı kəndi

Bakı şəhəri

Xəzər rayonu Buzovna qəsəbəsi rabitə şöbəsində rabitəçi

15.

Ələkbərov Ceyhun Vəkil oğlu

1976, Xocalı kəndi

Bakı şəhəri

Efiopiyanın Azərbaycanda fəxri konsulu, iş adamı

16.

Quliyev Qalib Bəyməmməd oğlu

1986, Xocalı kəndi

Gəncə şəhəri

"Xocalının səsi” qəzetinin baş redaktoru

17.

Hüseynov Eyvaz Mövsüm oğlu

1959, Xocavənd rayonu

Beyləqan rayonu

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı

18.

Əliyev Ceyhun Şəfahət oğlu

1975, Xocavənd rayonu Kuropatkin kəndi

Bakı şəhəri

"PROSYS” (kompüter proqramlaşdırması) MMC-nin baş meneceri

19.

Cəfərov Fuad Fazil oğlu

1985, Xocavənd rayonu

Bakı şəhəri

"PAŞA Bank”ASC-nin eksperti

20.

Mövsümlü Nigar İlyas qızı

1998, Bakı şəhəri

Bakı şəhəri

"Unilever” istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə müdir müavini

21.

Qasımova Flora Qasım qızı

1947, Xankəndi şəhəri

Bakı şəhəri

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

22.

Vəliyeva Xatirə Yusif qızı

1965, Xankəndi şəhəri

Bakı şəhəri

Bakı şəhəri Tibbi Bədən Tərbiyəsi Dispanserinin həkim-laborantı

23.

Qafarov Ramiz Yapon oğlu

1961, Ağdərə rayonu

Bərdə rayonu

Ağdam RİH başçısının Yeni Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayı keçirilib. Həmin qurultayda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri və icmanın rəhbəri seçilib.

20 dekabr 2018-ci il tarixində qurumun II Qurultayı keçirilib, yeni sədr, müavinlər və İdarə Heyərti seçilib.

İcma Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır.

İcmanın məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!