Evi yarılan jurnalist: 30 min dollarlıq pul və qızıl OĞURLANIB

2019-01-09 12:29:57 / 164 dəfə oxunub

Abşeron rayonu, Saray qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsindəki evində oğurluq hadisəsi baş verən "ARAZ” FM-in aparıcısı Aygün AkifModern.az-a açıqlama verib.

Hazırda Ukraynada olduğunu bildirən Aygün Akif ailəsinin hadisədən dərin sarsıntı keçirdiyini bildirib:

"Reklam çəkilişləri üçün üç günlük Ukraynaya gəlmişəm. Görünür oğrular mənim evdə olmamağımdan istifadə ediblər. Baxıblar maşınım da yoxdur həyətdə, rahat şəkildə çirkin məqsədlərini həyata keçiriblər. Hadisə günün gündüz çağı baş verib.

Oğrular mənim otağım tərəfdən dəmir barmaqlıqları çıxarıb pəncərəni açıblar və çox rahat şəkildə evə daxil olublar”.

A.Akif bildirib ki, evdən təxminən 30 min dollarlıq pul və qızıl-zinət əşyaları aparıldığını deyib:

"30 min dollardan yuxarı ziyan dəyib. Oynanan külli miqdarda lotoreya pulları bizim evimizdə idi. Hər şeyi çox rahat şəkildə yığışdırıb aparıblar”.

Aparıcı hadisənin anası Kərimova Bahar Talıb qızı tərəfindən aşkarlandığını bildirib:

"Anam axşam təxminən 8 radələrində evə daxil olanda oğurluq baş verdiyini başa düşüb. 102-ə zəng edib, amma polis çox gec-4 saat sonra gəlib. Maraqlıdır ki, oğrular darvazadan rahat şəkildə çıxıblar”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!