Gürcüstanda 640 nəfər xəstəxanaya yerləşdirildi - Vəziyyətləri ağırdır

2019-01-09 16:14:34 / 291 dəfə oxunub
Gürcüstanda 640-a yaxın şəxs qrip virusu ilə xəstəxanaya yerləşdirilib.

Sabahinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri David Sergeenko məlumat verib.

O deyib ki, pasiyentlərin 39-u Reanimasiya şöbəsindədir: "Bu günə olan məlumata görə, dünənə nisbətən göstəricilər yaxşıdır. Xəstəxanaya yerləşdirmə halları, təxminən, 100 hal azalıb. Bu, yaxşı dinamikadır. Virusa yeni yoluxanların sayı azalsa da, xəstəliyə yoluxanların vəziyyəti ağır olaraq qalır”.

Qripə görə uşaq bağçaları və məktəblərin bağlanmasına gəlincə, D.Sergeenko məsələ ilə bağlı məsləhətləşmələrin aparıldığını bildirib.

Qeyd edək ki, Gürcüstanda "donuz qripi” adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Ölkədə bu virusa 158 yoluxma halı təsdiqlənib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!