“Donuz qripi”nə qarşı tədbirlərə başlanıldı - Vaqonlar dezinfeksiya olunub

2019-01-10 12:21:44 / 258 dəfə oxunub
Gürcüstan Respublikasında insanlar arasında "donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin yayılmasını və bu xəstəliyin insanlar vasitəsi ilə donuzlara ötürülmə ehtimalını nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi ölkəmizə qonşu respublikadan daxil olan kənd təsərrüfatı yükləri daşınan vaqonlarda dezinfeksiya tədbirləri aparır.

Baytarlıq Xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, həmçinin Rusiya, Ukrayna, Latviya, Belarusiya, Rumıniya, Argentina və digər ölkələrdən gətirilən vaqonlar kənd təsərrüfatına, o cümlədən baytarlığa aid yüklərdən boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir.

Vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır. Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilir.

Ələt yuma-dezinfeksiya məntəqəsi bütün lazımı dezinfeksiya maddələri ilə təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə saxlanılan donuzlar arasında "donuz qripi” (A-H1N1 tipi) xəstəliyi qeydə alınmayıb və epizootik vəziyyət sabitdir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!