ATƏT-in yeni sədri and içdi

2019-01-10 17:48:12 / 277 dəfə oxunub

Yanvarın 10-da ATƏT-in Vyanada yerləşən baş katibliyində təşkilatın yeni sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın inauqurasiya mərasimi keçirilib.

Sabahinfo.az AZƏRTAC-a istinadənxəbər verir ki, mərasimdə çıxış edən M.Layçak ölkəsinin sədrlik dövrü üçün hədəfləri barədə danışıb.

Qeyd edib ki, sədrlik qarşıya ATƏT məkanında dialoq, etimad və sabitliyin dəstəklənməsi, təşkilatın fəaliyyətinin gücləndirilməsi kimi məqsədlər qoyub, lakin bununla belə realist olmağa çalışacaq. Sədrlik 2019-cu il ərzində münaqişələrdən əziyyət çəkən insanları ön planda saxlamaq şərti ilə bu münaqişələrin qarşısının alınması və zəiflədilməsi, eləcə də vasitəçiliyin həyata keçirilməsinə diqqət yönəldəcək.

Sədr, həmçinin bildirib ki, eyni zamanda təhlükəsiz gələcəyin qurulması üçün işlər görülməlidir, ATƏT məkanında təsirli multilateralizmə nail ola bilmək üçün səylər gücləndirilməlidir. Vurğulanıb ki, ATƏT-in prinsip və öhdəliklərinə sadiqliyi nümayiş etdirməyin zamanı yetişib və bu, özünü ifadə etdiyimiz sözlərdə deyil, həyata keçirdiyimiz fəaliyyətdə göstərməlidir.

ATƏT-in sədri çıxışında bildirib ki, münaqişələrin nizama salınması diqqət mərkəzində olacaq və Ukraynadakı vəziyyətlə əlaqədar növbəti həftə bu ölkəyə səfər edəcək. O, həmçinin Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanması ilə bağlı müsbət impulsların yaratdığı imkanlardan istifadə etməyə çalışacaqlarını deyib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!