“Donuz qripi” səbəbindən ali məktəblər bağlandı

2019-01-11 10:03:00 / 381 dəfə oxunub
Gürcüstanda yayılmış qrip virusu ilə bağlı ölkənin bir neçə ali məktəbində tədris prosesi yanvar ayının 21-nə qədər dayandırılıb.

Sabahinfo.az "Report”a istinadən xəbər verir ki, təhsil müəssisələri bu barədə qərarı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin tövsiyəsi əsasında qəbul edib.

Qərara müvafiq olaraq, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, İlya Dövlət Universiteti və digər ali məktəblərdə imtahanların müddəti və dərs cədvəli də dəyişdirilib.

Qonşu ölkədə "donuz qripi” adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Qriplə bağlı 845 nəfər xəstəxanalara yerləşdirilib. Virusa görə ölkənin uşaq bağçaları və ictimai məktəblərində yanvarın 14-dək davam edən qış tətilinin müddəti yanvarın 18-dək uzadılıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!