Azərbaycanda qaçqın statusu ilə yaşayanların sayı çoxalıb - RƏSMİ

2019-01-11 12:12:51 / 228 dəfə oxunub
2018-ci ildə Azərbaycanda 41 030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib.

Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

V.Hüseynov qeyd edib ki, hesabat dövründə xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 19 210 qərar qəbul edilib:

"Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27 509 müraciət daxil olub. Xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib”.

DMX rəisi vurğulayıb ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 78 nəfərdir.

O əlavə edib ki, hesabat dövründə xarici ölkələrdən Azərbaycana 464 vətəndaşın readmissiyası həyata keçirilib. (Trend)
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!