Özünə od vuran İslamovun vəziyyəti ağırdır - Nazirlik

2019-01-14 11:31:40 / 1757 dəfə oxunub
Bakının Sulutəpə qəsəbəsində 40-cı Polis Bölməsinin qarşısında üzərinə benzin tökərək od vuran şəxsin tənəffüs yolları yanıb.

Səhiyyə Nazirliyindən Adalet.az -a verilən məlumata görə, hazırda Tərlan İslamovun vəziyyəti ağırdır.

"1985-ci il təvəllüdlü Tərlan İslamovun bədəninin 65 faiz hissəsi yanıb. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə yerləşdirilən İslamovun bədənin müxtəlif nahiyələri yanıb və 3-cü dərəcəli yanıq diaqnozu ilə müalicəsini Reanimasiya şöbəsində davam etdirir”, - deyə nazirlikdən bildirilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!