Bakıda sulu qar yağır - dənizdə dalğanın hündürlüyü 5.3 metrə çatdı

2019-01-17 12:52:24 / 1013 dəfə oxunub

17 yanvar saat 12:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərərgahdan məlumat verilib.

Bildirilib ki, hazırda sulu qar və yağış müşahidə olunur.

"Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!