Paytaxtda əsən güclü küləyin daha bir fəsadı - Daşları avtomobillərin üzərinə saldı

2019-01-18 16:40:16 / 1106 dəfə oxunub
Ötən gecə səsən güclü külək paytaxtın bir sıra yerlərində fəsadlar törədib.

Sabahinfo.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, küləyin ziyan törətdiyi yerlərdən biri də Bakının "Gəncə" prospekti, mənzil 81 ünvanında olub.

Güclü külək gecə saatlarında bu ərazidə yaşayan sakinlərin avtomobillərinə xeyli ziyan vurub. Küləyin sürəti o qədər güclü olub ki, binanın həyətindəki divarların üzlük daşlarını qoparıb. Daşların dağılması nəticəsində bir neçə avtomobilə zərər dəyib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!