Kişi arvadını diri-diri yandırdı - Tovuzda dəhşət

2019-01-18 16:09:52 / 1771 dəfə oxunub
Tovuzda dəhşətli ailə dramı baş verib.

Sabahinfo.az Baku.ws-yə istinadən xəbər verir ki, yanvarın 15-də Tovuzda 41 yaşlı kişi qeyri-rəsmi şəkildə münasibətdə olduğu 28 yaşlı qadını yandırıb.

Belə ki, həmin gün saat 21:00-da 1978-ci il təvəllüdlü Əflatun Məhərrəm oğlu Ələkbərov münasibətdə olduğu 1991-ci il təvəllüdlü Nüşabə Zeynaləbdin qızı Bayramovanın üstünə benzin tökərək yandırıb.
Hadisə nəticəsində qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə şəxsi mübahisə zəminində baş verib. Belə ki, qadın kafelərin birində işə düzəlib. Kişi isə onun kafedə işləməsinə etiraz edib. Lakin qadın onun sözünü dinləməyib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!